“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı” - AÇIQLAMA + YENİLƏNİB

Dekabrın 1-də Saatlı rayon sakini 16 yaşlı Aytac İsmayılova hamamda dəm qazından boğularaq vəfat edib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. Yaxınlarının iddiasına görə, o, xəstəxanaya sağ çatdırılsa da, həkimlər həyata qaytara bilməyib. Buna səbəb kimi isə qohumlar xəstəxanada elektroşok aparatının olmamasını əsas gətirirlər. 

Saatlı Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinin müdiri Nicat Mütəllimov saytımıza bildirib ki, Aytac İsmayılovanın dəm qazından zəhərlənməsi  ilə bağlı valideynləri Təcili Tibbi Yardım Stansiyasına çağırış edib: “Təcili Tibbi Yardım Stansiyası xəstə evdə olarkən onun bioloji ölümünü təsdiq edib. Ancaq valideynləri bununla razılaşmayaraq, onu öz maşınları ilə yenidən xəstəxanaya gətiriblər. Həkim xəstəxananın həyətində bildirib ki, artıq hər hansı bir müdaxiləyə ehtiyac yoxdur. Çünki ölüm baş verib.

Qeyd edim ki, xəstəxananın təcili tibbi yardım bölməsində elektroşok aparatı var. Ancaq reanimasiya şöbəmizdə bu aparatdan yoxdur".

Xatırladaq ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***08:54
Saatlıda 11-ci sinif şagirdi vanna otağında olarkən dəm qazından boğulub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Saatlı şəhərinin Axundov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
16 yaşlı Aytac İsmayılova vanna otğında olarkən dəm qazından boğulub. O, Saatlı trayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirir ki, hava küləkli olduğundan qızdırıcı düz işləməyib və dəm qazı əksinə vanna otağına dolub bu da 16 yaşlı qızın dəm qazından zəhərlənərək ölməsinə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top