Ceyhun Bayramov Maykl Linhartla görüşdü


Xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın xarici işlər naziri Maykl Linhartla görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Linhart tvitterdə paylaşıb.

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya-Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", - deyə Linhart əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top