Üçtərəfli işçi qrupunun növbəti iclası keçiriləcək


Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə dekabrın 1-də keçirilən üçtərəfli işçi qrupun növbəti iclası yaxın günlərdə davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat verib.
Ofisdən bildirilib ki,  görüş bir gün əvvəl başlayıb, lakin yekunlaşmayıb. Hazırda görüşün vaxtı və yeri barədə dəqiq məlumat yoxdur. Nəticələr barədə yalnız görüşdən sonra məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top