Nazir Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunda iştirakından danışdı


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçi ola biləcəyini demişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Ərdoğanın bu sözlərinə münasibət bildirərək belə bir vasitəçiliyin olmayacağını bildirmişdi.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dekabrın 3-nə planlaşdırılan Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq danışıqlardan sonra bu məsələyə aydınlıq gətiriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top