“Mən beynəlxalq hüquqa görə, azadlığa buraxılmalıyam” – Saakaşvili


Xəbər verdiyimiz kimi, bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir.
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, sabiq prezident məhkəmə prosesi zamanı çıxış edib. O, çıxışına özünü indiki Gürcüstan dövlətinin qurucusu adlandırmaqla başlayıb və ona qarşı irəli sürülən ittihamları biabırçı adlandırıb:
“Mən pencək oğrusu kimi biabırçı ittihamla və yaxud ölkəmi dünyaya göstərmək və gələnləri ləyaqətlə qarşılamaq üçün haradasa müalicə aldığıma görə mühakimə olunuram”.
O, həmçinin azadlığa buraxılmasını tələb edib: 
“Pəncərələri bağlayıblar, ailə üzvlərimə məni görməyə imkan verməyiblər, külli miqdarda psixotrop dərman vermək də daxil olmaqla, mümkün olan hər şeyi ediblər. Mən işgəncə qurbanı olmuşam. Nəticədə mən beynəlxalq hüquqa görə, azadlığa buraxılmalıyam”.

DİGƏR XƏBƏRLƏR

Top