Qubada 26 şagirdin təhsil aldığı modul tipli məktəb yandı - FOTOLAR


Quba rayonunda modul tipli məktəb yanıb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev məlumat yayıb. O bildirib ki, bu gün qısaqapanma nəticəsində Zıxır kəndində yerləşən 240 kvadratmetr ərazisi olan məktəb tamamilə yanıb.
2019-cu ildə tikilən və 80 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 26 şagird təhsil alır. Şagirdlər köhnə məktəbə köçürülüb və odun yanacağı ilə təmin edilib.
R.Hacıyev qeyd edib ki, gələn həftədən etibarən yeni modul tipli məktəbin tikintisinə başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top