Saakaşvili növbəti dəfə məhkəməyə çıxarıldı


Bu gün Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin külli miqdarda dövlət vəsaitinin israfçılığı ilə bağlı məhkəmə prosesi keçirilib. 
Yeniavaz.com
RİA-ya istinadla xəbər verir ki, müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların tərəfdarları Saakaşvilinin çıxışını canlı izləmək üçün Tbilisi Şəhər Məhkəməsinin qarşısında geniş ekran yerləşdiriblər. 
Xatırladaq ki, sabiq prezident 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. Onlardan ikisinə artıq hökm çıxarılıb. Saakaşvili qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 20-də o, sərhədi qanunsuz keçməkdə, o cümlədən 5 ilə qədər həbs cəzası ilə ittiham olunub. Son illər Saakaşvili Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top