UEFA-nın sorğusu azarkeşlər arasında mübahisə yaratdı - FOTOLAR


UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə hesablarında Azərbaycan millisinin üzvü Mahir Emreli və Türkiyə yığmasının yarımmüdafiəçisi Kərəm Aktürkoğlu barədə soğru yerləşdirib.
Yeniavaz.com 
xəbər verir ki, sorğunun məqsədi futbolçulardan hansının daha güclü olmasını müəyyənləşdirməkdir. Bu sorğu azarkeşlər arasında geniş mübahisəyə səbəb olub. Mübahisəyə türkiyəli və azərbaycanlı azarkeşlərlə yanaşı, avropalılar da daxil olub. Türkiyəli azarkeşlər Kərəmi Leonel Messi ilə müqayisə edərək, onun Mahirlə qarşılaşdırılmasını doğru hesab etməyiblər. Azərbaycanlılar öz növbəsində Mahiri dəstəkləyərək onun oyunlarına diqqətlə baxılmasını və bundan sonra ona qiymət verilməsini istəyiblər. Avropalılardan bir çox azarkeş Türkiyə millisinin yarımmüdafiəçisini tanımadıqlarını və həmyerlimizi dəstəklədiklərini bildiriblər.
Bir çox sosial şəbəkə istifadəçiləri belə hesab edirlər ki, hər iki oyunçu güclüdür və hər ikisinə də dəstək olmaq lazımdır.



DİGƏR XƏBƏRLƏR

Top