Növbəti Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq


Gələn il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Yeniavaz.com
xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
Gələn 9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

DİGƏR XƏBƏRLƏR

Top