Bakıda ölümlə nəticələnən qəzanın "AA" seriyalı iştirakçısı SOCAR-a məxsusdur? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Səbail rayonu ərazisində "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin də iştirak etdiyi, ölümlə nəticələnən qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, Daxili İşlər Nazirliyi hadisənin dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında baş verdiyini bildirib.
Nazirlikdən bildirilib ki, Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.
Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi 10 AA 659 nömrə nişanlı “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib.
Yerli mətbuatda “BMW”nin sahibinin “SOCAR”ın işçisi olduğu iddiaları yayılıb. Məsələ ilə bağlı qurumdan Yeniavaz.com-a açıqlama verilib. Açıqlamada bildirilib ki, sözügedən avtomobil “SOCAR”a məxsus deyil.

DİGƏR XƏBƏRLƏR

Top