Jurnalistə yumruq atan DSX mayoru danışdı: "Əgər hücum etmişəmsə..."


Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov ötən gün yayılan və onun jurnalistlərə təzyiq göstərdiyini əks etdirən kadrlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, R. Cahangirov olay.az-a açıqlamasında haqqında yayılan iddiaların doğru olmadığını deyib:
“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər, mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.
R. Cahangirov onu da qeyd edib ki, bu gün mətbuata geniş açıqlama veriləcək.
Qeyd edək ki, "Baku TV" dən verilən açıqlamada, DSX mayorunun media orqanının jurnalistinə yumruq atdığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top