Şəhid Fərid Nağıyevlə Beyləqanda vida mərasimi keçirilir - FOTOLAR


Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, şəhidin cənazəsini kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb. Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top