Bakıda neçə küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib? - RƏSMİ


Bu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib.
Yeniavaz.com
"trend"ə istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2 908 nəfər şəhid olub, altı nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

DİGƏR XƏBƏRLƏR

Top