Aksiyada saxlanılan Rüstəm məhkəməyə çıxarılacaq


Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan Rüstəm İsmayılbəyli bu gün məhkəməyə çıxarılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial şəbəkələr vasitəsilə məlumat veriblər. Bildirilib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətindən onlara 39-cu Polis Bölməsində saxlanılan R.İsmayılbəylinin bu gün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı deyilib.
Ailə üzvləri R.İsmayılbəylinin aksiya iştirakçısı olmadığını iddia edirlər.

DİGƏR XƏBƏRLƏR

Top