Şəhid Ceyhunun anası: “O, məni hər şeyə hazırlayırdı” – VİDEO


“Sözün bitdiyi yerdir. Balam həkim idi. İki universitet bitirdi, arzuları gözündə qaldı”.
Yeniavaz.com
xəbər verir ki, bunu helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun anası Rəqibə Seyidova “ATV”yə müsahibəsində deyib.
Ceyhunun anası oğlunun onu hər şeyə əvvəlcədən hazırladığını bildirir:
“O, əvvəllər də məni tox tutmağa çalışırdı. Müharibədə olanda deyirdim ki, şəhid gəldi, özün necəsən? Deyirdi, ana, deyərsən ki, Vətən sağ olsun. O, məni hər şeyə hazırlayırdı. Mən yenə deyirəm, Vətən sağ olsun. O, bayrağı öpə-öpə getdi”.
Qeyd edək ki, Ceyhun Əhmədxanovun dekabrın 2-də nişan mərasimi keçirilməli imiş. Şəhidimiz məlum qəzadan 13 dəqiqə əvvəl paylaşdığı foto ilə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top