Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı - VİDEO + YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi, 22 yaşlı Anar Orucov dənizə düşüb. Ötən gün Sahil Mühafizə dalğıclarının həyata keçirdiyi axtarışlar heç bir nəticə verməmiş və qaranlığın düşməsi ilə axtarışlara son qoyulmuşdu.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarından başlayan axtarışlar nəticəsində, 32 saat sonra gəmiçinin meyiti sudan tapılıb. 


***09:44
Türkiyəlin Zonquldak vilayətinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisində baş verib.
Verilən məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən gəminin bağlandığı kəndir qopub. 22 yaşlı Anar Orucov sözügedən kəndiri bağlamağa çalışarkən ona başqa kəndir dəyib və nəticədə dənizə düşüb. 
Xilasetmə işlərinə cəlb olunan mütəxəssislər, onun gəminin altında ola biləcəyi ehtimalını irəli sürürlər. Gəmi yüklə dolu olduğu üçün bu ehtimalı gözdən keçirmək çətinləşib.
Xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top