ABŞ səfirliyinin əməkdaşlarından Rusiyanı tərk etmələri tələb olunub


ABŞ səfirliyinin üç ildən artıq Moskvada olan əməkdaşları 2022-ci il yanvarın 31-nə kimi Rusiyanı tərk etməlidir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. O bildirib ki, Rusiya rus diplomatlarının ABŞ-ı tərk etməsinə ölkədən qovulma kimi baxır:
“Biz Amerikanın tələbini məhz ölkədən çıxarılma kimi qiymətləndiririk və buna uyğun reaksiya vermək niyyətindəyik. 2022-ci il yanvarın 31-nə kimi ABŞ-ın Moskvadakı səfirliklərinin üç ildən artıq ezamiyyətdə olan əməkdaşları Rusiyanı tərk etməlidirlər".
O həmçinin bildirib ki, bu, Rusiyanın yox, ABŞ-ın seçimidir.
 

DİGƏR XƏBƏRLƏR

Top