Tofiq Yaqublu xəstəxanaya aparıldı


Tofiq Yaqublu xəstəxanaya aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

O bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, bu gün Bakıda keçirilən icazəsiz aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib.

Xatırladaq ki, hadisə ilə bağlı DİN də məlumat yayıb. Bildirilib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".

DİGƏR XƏBƏRLƏR

Top