Ərdoğanla Putin Ukrayna mövzusunu müzakirə edəcək


Dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığının olacağı gözlənilir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirlərinin toplantısının keçirildiyi Riqada məlumat verib. O bildirib ki, sözügedən telefon danışığı zamanı Ukrayna mövzsusu da müzakirə ediləcək:
"Biz iki tərəflə də təmasdayıq və gərginliyin azaldılmasının tərəfdarıyıq. Bu yaxınlarda mən  Sergey Lavrov və Kuleba ilə danışıqlar apardım. Türkiyə Rusiyaya qarşı sanksiyaların “problemi həll etməyəcəyinə” və Ukraynaya kömək etməyəcəyinə inanır”.
 

DİGƏR XƏBƏRLƏR

Top