Tofiq Yaqublunun polis bölməsində döyüldüyü iddia edilir - DİN-dən AÇIQLAMA + FOTO


Tofiq Yaqublunun şöbədə polislər tərəfindən döyüldüyü xəbəri yayılıb.\
Yeniavaz.com
xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Onun aksiya zamanı saxlanılaraq şöbəyə aparıldığı və orada xəsarət yetirildiyi bildirilir. Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top