Azərbaycanda olan “CoronaVac” və “Sputnik V” peyvəndlərinin ehtiyat miqdarı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda 2 milyon 376 min 845 doza “CoronaVac”, 20 000 doza “Sputnik V” vaksini anbarda ehtiyatda var.
Qeyd olunub ki, əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.