Mingəçevirdə şəhid ailələri ziyarət olundu - FOTOLAR


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarəti davam edir.
Yeniavaz.com
xəbər verir ki, növbəti dəfə noyabrın 30-da şəhidlərimiz Məmmədli Məhəmməd Murad oğlu və Allahverənov Telman Fazil oğlunun ailələri ziyarət edilib.
 İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak ediblər.  Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub. Ziyarət öncəsi isə şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirib və onların qarşısında ehtiramla baş əyib.
İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri ilə görüş zamanı “Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda Ali baş komandanın dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq”,- sözlərini qeyd edib.  Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov həmçinin bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.
Sözügedən ziyarət zamanı şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətiriblər və buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.
Budəfəki görüşlərdə də İcra başçısı ənənəvi olaraq şəhid valideynləri, onların ailə üzvlərinin sosial-məişət vəziyyətləri, qarşılaşdığı problemlərlə xüsusi maraqlanıb. Eyni zamanda, müraciətlərini dinləyərək həlli ilə bağlı müvafiq göstərişlər verib.
Şəhid Fazil Allahverənovun anası dövlətin diqqət və qayğısından razılığını bildirib:
“Hər şeyimiz var, bizə dövlətin dəstəyi bəsdir”.



Esmira Hidayətova,Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top