Paşinyanın oğlu İsrail şirkətində işə düzəlib


Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan İsrail şirkətində işə düzəlib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, İsrailin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Webiz” şirkətinin İrəvan filialında Aşot Paşinyan da daxil olmaqla bir neçə yerli menecer işə götürülüb. Filialı İsraildən olan komanda idarə edəcək.
Həmçinin qeyd olunur ki, sözügedən şirkətin əsası Gürcüstanda qoyulub və o, artıq İsrailə 200 gürcü mütəxəssis göndərib.

DİGƏR XƏBƏRLƏR

Top