Bu ilin mayında Türkiyədə 2 dəfə qəza enişi edən helikopterimiz də Mİ-17 idi – VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbi qulluqçumuz şəhid olub, 2-si isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin may ayının 20-də yerli vaxtla 19:00-da Türkiyənin Tirebolu rayonunda altı hərbçinin olduğu Azərbaycanın Mİ-17 helikopteri texniki nasazlıq səbəbindən təcili eniş edib. Helikopterə ekspertlər tərəfindən baxış keçirilib və o, təmir işlərindən sonra, mayın 21-də növbəti sınaq uçuşu həyata keçirib. Lakin helikopter səmaya qalxdıqdan 5 dəqiqə sonra texniki nasazlıqla əlaqədar yenidən eniş edib. Bundan sonra helikopterdə yenidən təmir işləri aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top