Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş prokurorun birinci müavini Elçin Məmmədov Baku TV-yə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”. E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz:
“İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top