Polkovnikin məzarından oğurluq edildi


Xaçmazda qəbiristanlıqlardan silsilə oğurluq edilib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıəlibəy kəndində qeydə alınıb. Oğrular əsasən nüfuzlu şəxslərin məzar daşlarındakı bahalı güldanları oğurlayıblar.
2015-ci ildə vəfat etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, polkovnik Rəhman Mustafayevin məzarındakı güldanların oğurlandığı bildirilir. Onun qəbrindən 5 güldanı aparıblar. Daha 2 güldan isə kəndin bələdiyyə sədri Faiq Məhərrəmovun ailəsinə məxsus məzarlardan oğurlanıb.
Oğurluq nəticəsində Mustafayevlər ailəsinə 1400 manat, Məhərrəmovlar ailəsinə isə 1500 manat ziyan dəyib.
Bənzər hallar Xaçmazın Ağyazı-Buduq və Yergüc kəndlərində də baş verib. Sakinlər DİN-nin 102 qaynar xəttinə müraciət ediblər.

DİGƏR XƏBƏRLƏR

Top