Azərbaycan bolqarıstanlı qardaşları İnterpolda axtarışa verdi - FOTOLAR


Azərbaycan hüquq-mühafizə orqanları Bolqarıstan vətəndaşı olan qardaşları beynəlxalq axtarışa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, 23 yaşlı Gyurdzhan Stoyanov Angelov və onun 21 yaşlı qardaşı Tezdzhan Stoyanov Angelov axtarışa verilib. Onlar mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak zəbt etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, kompüter materiallarını təkrar qanunsuz mənimsəmə və mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən kompüter materiallarını qanunsuz mənimsəmədə ittiham edilirlər.
Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top