ABŞ və Rusiya səfirliklərindən Azərbaycana başsağlığı


ABŞ və Rusiyanın ölkəmizdəki səfirlikləri Xızıda baş verən faciə ilə bağlı Azərbaycana başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirliklərin rəsmi “Twitter” hesablarında paylaşım edilib.
ABŞ səfirliyi Azərbaycan dilində də başsağlığı paylaşımı edib:
“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”.
Rusiya səfirliyi də hadisə ilə əlaqədar kədərini dilə gətirib:
“Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Allah rəhmət eləsin”.
Qeyd edək ki, ötən gün Xızıda baş verən helikopter qəzasında 14 hərbi qulluqçumuz şəhid olub, 2 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top