Azərbaycan və Ermənistanın XİN başçıları İsveçə getdi


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da İsveçə səfərə gedib. Bu barədə “sputnik armenia” məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top