Tvitterdən yeni qərar: Bu şəkillər silinəcək


“Twitter” təsvir olunan şəxslərin razılığı olmadan yerləşdirilən şəkilləri siləcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu yeniləmə şəxslərin razılığı olmadan onların şəkillərinin sosial şəbəkələrdə yayılmasının qarşısını alacaq.
“Twitter” foto və ya videonun çəkilmiş şəxsin razılığı olmadan yayımlanması barədə bildiriş alacağı təqdirdə yazıları siləcək. Bu qayda media fayllarına və ictimai xadimləri əhatə edən tvitlərə şamil edilmir”-deyə xəbərdə bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top