"Türkiyə azad olunan ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verir" – Türkiyə MN


“Azərbaycan 44 günlük “Bir Vətən əməliyyatı” ilə 30 ildir işğal altında olan öz torpaqlarını Ermənistanın işğalından azad edib. Türkiyə də azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olub”.
Yeniavaz.com
xəbər verir ki, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün keçirdiyi həftəlik brifinqdə səsləndirilib.
“Müharibədən sonra atəşkəs çərçivəsində yaradılan Ortaq Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus əsgərləri birlikdə çalışır, Daimi atəşkəs və sabitlik üçün səy göstərir. Hazırda Türkiyə Silahlı Qüvvələrimiz Azərbaycan ordusunun modernləşdirilməsinə və təlim-tərbiyə fəaliyyətlərinə, eləcə də Ermənistanın işğalından azad edilmiş rayonlarda minaların axtarışı və məhv edilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir”, - brifinqdə qeyd edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top