Qəza, helikopter eniş edərkən baş verib - DSX rəisi


Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib.

General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.

DİGƏR XƏBƏRLƏR

Top