Bakıda daha bir məktəb koronavirusa görə bağlandı


Bakıdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yeniavaz.com-a verilən məlumata görə, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

DİGƏR XƏBƏRLƏR

Top