Qarabağın turizm potensialını qiymətləndirmək üçün Türkiyə şirkətinə 450 min manat verildi


Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi Türkiyənin “Dampo Danışmanlık Araştırma Mimarlık Planlama LTD.ŞTİ” şirkəti olub.
Türkiyə şirkəti Dövlət Turizm Agentliyinin sifarişi əsasında “Qarabağda turizm resurslarının təhlili və turizm potensialının mövcud vəziyyətinin qiymətləndirməsi işləri”ni həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Dampo Danışmanlık Araştırma Mimarlık Planlama LTD.ŞTİ” şirkəti Turizm Agentliyindən 445 min 122 manat 21 qəpik alacaq.
Türkiyə şirkəti Qarabağda turizm potensialını təxminən bir ay ərzində qiymətləndirib başa çatdıracaq. Belə ki, rəsmi məlumatda tenderin 26 noyabr tarixində başlayıb 12 dekabr tarixində başa çatacağı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top