II Elizabet daha bu ölkənin kraliçası hesab olunmayacaq


396 ildən sonra Karib dənizindəki Barbados adası İngiltərədən ayrılaraq Respublika elan edilib. 
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Barbadosun ilk prezidenti Dame Sandra Meyson olub. Beləliklə, Böyük Britaniya kraliçası II Elizabet daha Karib hövzəsi dövlətinin başçısı olmayacaq.
Verilən məlumata görə, Barbadosun respublika elan edildiyi mərasimdə Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz qonaq olaraq iştirak edib. 
Qeyd edək ki, Barbados respublika elan edildikdən sonra ölkədə məşhur müğənni Rihannaya 'Milli Qəhrəman' adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top