Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub – VİDEO


Azərbaycan vətəndaşı Vüqar Həsənov əcnəbi qızın sevgisini rədd etdiyi üçün artıq 5-ci ildir ki, Qazaxıstanda məhkumluq həyatı yaşayır. 
Yeniavaz.com
xəbər verir ki, məhkumun atası Zahid Həsənovun sözlərinə görə, Aktaudan olan qızın sevgisinə qarşılıq vermədiyi üçün oğluna 11 illik həbs cəzası kəsilib. 
Mövzu ilə bağlı Qazaxıstanın “Pervıy Kanal – Avrasiya” kanalı reportaj yayımlayıb. Reportajda qeyd olunub ki, 36 yaşlı Vüqar Həsənov Aktau restoranlarından birinə baş aşpaz olaraq dəvət olunub. O, Bakıda həyat yoldaşı və qızını qoyaraq həmin şəhərə köçüb və burada işləməyə başlayıb. 16 yaşlı Mədinə adlı qız ona aşiq olsa da, Vüqar ona rədd cavabı verib. Mədinə buna görə Vüqarı cəzalandırmaq qərarına gəlib və azərbaycanlının ona təcavüz etdiyini iddia edib. Bu işdə isə qıza vəkil tanışı köməklik göstərib və qıza bildirib ki, Vüqarı maksimum 3 günlük həbs edəcəklər. Mədinə daha sonra fikrindən daşınmaq qərarına gəlsə də, artıq gec olub. Hakim heç bir sübutu nəzərə almayıb. 
Vüqarın atası Zahid Həsənov isə nə vaxtsa tək oğlunun Qazaxıstanda həbsxanaya düşəcəyini təxmin belə etmədiyini bildirib. V. Həsənov artıq 5 ildir ki, Qazaxıstan ədliyyəsinin dəhlizlərində ədalət axtarır.

DİGƏR XƏBƏRLƏR

Top