Sabah hava necə olacaq?


Azərbaycanda dekabrın 1-də gözlənilən hava proqnozu açıqlanıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 1-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında

Gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top