Bakı-Naxçıvan marşrutu üzrə iki aviareys gecikir - AZAL-dan AÇIQLAMA


Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib. Bildirilib ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar", - AZAL-dan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top