Türkiyədə güclü külək fəsadlar törədib - VİDEO


Türkiyədə əsən güclü küləklər 6 nəfərin ölümünə və bir çox dağıntılara səbəb olub. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin İstanbul, Bursa, Kocaeli və İzmir də daxil olmaqla bir çox şəhərində küləyin sürəti saatda 130 kilometrə çatıb. Güclü külək bir sıra evlərin dam örtüyünü uçurub. Şəhərin bir çox bölgəsində isə dam örtükləri vətəndaşların və avtomobillərin üzərinə düşüb. Bu səbəbdən Türkiyə hökuməti insanlara vacib olmadıqca çölə çıxmamaqları barədə xəbərdarlıq edib. 
Güclü küləyin bu gün saat 18:00-a qədər davam edəcəyi bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top