İrandan prezidentlərin Aşqabad görüşü barədə açıqlama


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın 28-i Azərbaycan və İran Prezidentləri İlham Əliyevlə İbrahim Rəisi arasında Aşqabadda baş tutan görüşə dair açıqlama yayıb.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, Əmir Abdullahian hər iki ölkənin prezidentlərinin tranzit, enerji, turizm, mədəniyyət və bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib:
“İki ölkə və onların xalqları qonşuluqdan daha çox yaxın qohumdurlar. İran və Azərbaycan liderlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev İranın narahatlıqları ilə bağlı ümidverici sözlər dedi. Qonşularımızla münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top