BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını bu tarixdə açıqlayacaq


Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verəcək.
Yeniavaz.com
məhkəmənin saytına istinadla xəbər verir ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi üzrə qərar dekabrın 7-də açıqlanacaq. 
Məhkəmənin sədri, hakim Joan E. Donoqhue məhkəmənin qərarını saat 12:00-da Haaqa Sülh Sarayında keçiriləcək xalq yığıncağında oxuyacaq. 
Verilən məlumata görə, məhkəmədə COVID-19 pandemiyası ilə əlaqədar olaraq, yalnız məhkəmə üzvləri və hər iki dövlətin nümayəndələri iştirak edəcək. 
Qeyd edək ki, media və ictimaiyyət nümayəndələri qərarı məhkəmənin saytından, eləcə də BMT-nin onlayn televiziya kanalı olan BMT Web TV-dən canlı yayım vasitəsilə izləyə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top