Gürcüstanda həbsdə olan azərbaycanlıların sayı açıqlanıb


Gürcüstan həbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 563 nəfər təşkil edir.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.
Əcnəbilərin 104 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə onların sayı 4 nəfər artıb. Həmin şəxslərin 13-ü ittiham olunan, 91-i isə məhkumdur.
Gürcüstanda probasiya nəzarətində isə 254 nəfər saxlanılır ki, onların da 28-i kişi, 4-ü qadın olmaqla 32 nəfəri Azərbaycan vətəndaşıdır. Aylıq müqayisədə say 4 nəfər artıb. //report.az

DİGƏR XƏBƏRLƏR

Top