İzmirdə ardıcıl iki zəlzələ baş verdi


Türkiyənin İzmir vilayətinin Urla rayonunda Egey dənizi sahillərində ardıcıl iki zəlzələ baş verib. 
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərlə Mübarizə İdarəsi xəbər yayıb. Verilən məlumata görə, noyabrın 30-u saat 07:00-da Egey dənizi sahilində yerləşən İzmirin Urla rayonunda 5,1 bal gücündə, saat 07:09-da isə 4,3 bal gücündə ikinci zəlzələ baş verib.
Zəlzələlərin episentri 3,97 km dərinlikdə yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top