Yevlaxda bir ailə dəm qazından zəhərləndi


Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Hadisə Yevlax şəhəri Fəxrəddin Kərimov küçəsində qeydə alınıb.32 yaşlı Həsənova Elza Elsəvər qızı, 30 yaşlı Həsənova Brilliant Elsəvər qızı, 9 yaşlı Kərimov Mehdi Sadiq oğlu, 7 yaşlı Kərimova Rəhimə Sadiq qızı və 3 yaşlı Kərimov Məhəmməd Sadiq oğlu zəhərlənmə diaqnozu ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ailənin bütün üzvlərinin vəziyyətləri stabildir. Onlar ilkin müalicə və müayinə olunduqdan sonra evə buraxılıblar. (APA)

DİGƏR XƏBƏRLƏR

Top