Təhsil naziri Aİ rəsmisi ilə görüşdü


Azərbaycanın Respublikasının təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri Peter Mixalko ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə E.Əmrullayev tvitterdə bildirib.

Görüşdə nazirliklə Aİ arasında təhsil sahəsində əməkdaşlıq diqqət mərkəzində olub.

“Bu gün biz Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Peter Mixalko ilə görüşdük. Görüş zamanı Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top