AMEA-dan tender udan şirkət həm kanalizasiya təmir edir, həm də elmi işlər görür – FOTOFAKT


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Arneb” MMC (VÖEN- 3401344791) olub.
“Arneb” MMC AMEA Fizika İnstitutuna 27 adda kimyəvi maddələr, reaktivlər və kvars borular satacaq və qarşılığında AMEA-dan 3 min 290 manat alacaq.
Məlumat üçün bildirək ki, “Arneb” MMC 22.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Gündüz Vəzir oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqam odur ki, təxminən ay yarım əvvəl AMEA Fizika İnstitutunun keçirdiyi daha bir tender müsabiqsində qalib olub. “Arneb” MMC Fizika İnstitutunun əsas binasının zirzəmisində köhnə kanalizasiya xətlərinin sökülməsi, daşınması və yenidən qurulması, binanın daxilində telefon kabellərinin yenilənməsi və şəbəkə xətlərinin çəkilişi, elektrik naqillərinin çəkilişi ilə bağlı işləri yerinə yetirəcək və bu işlər üçün 8 min 497,9 min manat alacaq.
Sentybar ayında “Arneb” MMC Fizika İnstitutundan daha bir tender udub. Oktyabr ayında İnstitutun kanalizasiya xətlərini yeniləyən MMC sentyabr ayında “Nanoölçülü strukturlar əsaslı çoxfunksiyalı çeviricilərin hazırlanma texnologiyasının işlənməsi ” еlmi proqramı üzrə satış həyata keçirib. Bu tenderin də qiyməti 36 min 790 manat olub. 
Göründüyü kimi hüquqi ünvanı Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Arneb” MMC son 3 ayda Fizika İnstitutunun keçirdiyi 3 tenderdə qalib olub və hər dəfə də fərqli sahələrdə işlər görüb. 
Daha bir diqqət çəkən məqam odur ki, AMEA üçün həm kanalizasiya xətti çəkən, həm də nanoölçülü texnologiyalarla bağlı elmi proqram üçün satış həyata keçirən “Arneb” MMC-nin qanuni təmsilçisi Nəbiyev Gündüz Vəzir oğludur.
Nəbiyev Gündüz Vəzir oğlu eyni zamanda 12 MMC-nin də qanuni təmsilçisidir və bu MMC-lər eyni gündə (30 may 2017) dövlət qeydiyyatına alınıblar. Belə ki, “Carmin”, "Kobeya", “Ruset”, “Salmon”, “Oxra”, “Cardinal”, “Brass”, “Safron”, “Mustard”, “Camel”, "Anemona"  və “Skarlet” MMC-lərin də qanuni təmsilçisi Gündüz Nəbiyevdir.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top