Mingəçevirdə QİÇS-lə bağlı maarifləndirici tədbir keçirildi - FOTOLAR


Mingəçevir Turizm Kollecində 1 Dekabr-“Ümumdünya QİÇS-lə Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən tədbir “QİÇS-lə mübarizənin tibbi və hüquqi aspektləri” mövzusunda Respublika “QİÇS-lə Mübarizə Mərkəzi”Mingəçevir Regional Laboratoriyası tərəfindən keçirilib.
Tədbirdə ilk olaraq Respublika “QİÇS-lə Mübarizə Mərkəzi” Mingəçevir Regional Laboratoriyasının müdiri həkim Yeganə Aslanova mövzuya dair çıxış edib. O zərərli vərdişlərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə, insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar verərək gənclərlə maarifləndirici söhbətlər aparib.
Bundan əlavə, həkim xəstəliyin ağır sosial-iqtisadi problemlər törətdiyini, ölkəmizdə və eləcə də Mingəçevirdə də bu xəstəliyin yayılma təhlükəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
O həmçinin İİV-ə yoluxmuş şəxslərin bu virusu bilərəkdən başqa şəxsə yoluxdurmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edərək, xəstəliyin qarşısının alınması üçün digər dövlət təminatları, o cümlədən insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə tələbələrə məlumat verib:
“Ümumiyyətlə bilirəm ki,çox adamın bu xəstəliyin törədicisi, bu infeksiyanın yayılma yolları, qorunma yolları haqqında məlumat dairəsi bir az zəifdir. Bu məqsədlə bu gün sizinlə görüşümüzü təşkil etmişik”.
Yeganə Aslanova onu da qeyd edib ki,hal –hazırda Mingəçevirdə 168 nəfər qeydiyyatda olan QİÇS xəstəsi var onlardan 124 nəfəri kişi,44 nəfəri isə qadındır.
Tədbir zamanı İİV və QİÇS anlayışları haqqında ayrı ayrılıqda gənclərə slaydlarla geniş məlumat verilib. Müzakirə şəraitində keçən tədbirdə iştirakçılar da mövzu ilə  bağlı çıxışlar edib, verilən suallar cavablandırılıb. Daha sonra bütün tələbələrə müzakirə olunan mövzuya dair bukletlər paylanılıb.




Esmira Hidayətova,Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top