“Biz seçkilərin 2023-cü ildə keçiriləcəyini dedik. Bu dəyişməyəcək. Biz bunu bir dəfə deyil, dəfələrlə demişik. Qulağı var, eşitmir, gözü var, görmür! Biz bunu açıq şəkildə demişik”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verərkən deyib. O həmçinin bildirib ki, Türkiyə elan edilmiş seçki tarixlərinə öyrəşməlidir. Növbəti seçkilərin isə 2023-cü ilin iyun ayında baş tutacağı bildirilib.
Qeyd edək ki, türk lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsinin ardından Türkiyənin aparıcı müxalif partiyaları növbədənkənar seçki tələbilə çıxış ediblər.