NATO ölkələrinin XİN rəhbərləri toplanır


NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Latviyanın paytaxtı Riqada bir araya gələcək.
Yeniavaz.com
“Habertürk”ə istinadla xəbər verir ki, sözügedən görüş zamanı Belarus-Polşa sərhədindəki miqrant böhranı, Ukrayna-Rusiya əlaqələri və Əfqanıstandakı vəziyyət müzakirə ediləcək. 
Verilən məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə noyabrın 30-da və dekabrın 1-də keçiriləcək iki günlük toplantıda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top