Azərbaycanlı ilə evli olan erməni: “Qarabağ Azərbaycan ərazisidir” - VİDEO


Azərbaycanlı qadın ilə evli olan Dmitri Moisyan Azərbaycanla bağlı xatirələrini “CBC TV”ə danışıb. 
Yeniavaz.com
xəbər verir ki, Dmitri Moisyan – milliyyətcə ermənidir, ancaq Bakıda doğulub və paytaxtımızda 17 il yaşayıb. O bildirib ki, Bakıda yaşadığı illərlə bağlı yalnız yaxşı xatirələri xatırlayır: 
“Pis heç nə deyə bilmərəm. Hələ də Bakıya getmək istəyirəm. Ora möhtəşəm beynəlmiləl şəhərdir. Qonşularla mehriban yaşayırdıq. Milli zəmində heç vaxt sual yaranmayıb. Heç kim milliyyətlə maraqlanmırdı, sadəcə ünsiyyət saxlayırdı”.
D.Moisyan hələ münaqişənin başlanmasından əvvəl 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Qayıtmaq istədikdə isə məlum olub ki, ailəsi də məlum hadisələrə görə Bakını tərk edir. Lakin o, Ermənistana getmək istəməyib və hazırda da İsraildə yaşayır:
“Bəli, mən milliyyətcə erməniyəm, amma Ermənistan məni heç vaxt özünə çəkməyib. Bu, mənlik deyil. Ermənistanla məni heç nə və heç kim bağlamır. Doğulandan da bilirəm ki, bütün Qarabağ – Azərbaycanın ərazisidir. Bundan başqa heç nə deyə bilmərəm. Doğulandan bilirəm ki, bütün bu ərazilər Azərbaycanındır”. 
Sonda D.Moisyan bildirib ki, azərbaycanlılarla ermənilərin sülh içində yaşaya biləcəyinə inanır, çünki bu xalqlar nə vaxtsa dost kimi yaşayıblar.
Qeyd edək ki, o müsahibə zamanı azərbaycanlı xanımla evli olduğunu da etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top